Daş dəyirmanı unu nədir?
Daş dəyirmanda toxum yüksək istiliyə məruz qalmadan, yanmadan üyüdülür. Bununla da, dadı və keyfiyyəti qorunan buğda, həm də rüşeymi və kəpəyi ayrılmadan un halına gətirilir. Ən üstün cəhətlərindən biri də üyütmə əsasında buğdanın nişastası metal bıcaqlarla zədələnmir. Daşların arasında sıxılaraq tədricən xırdalanır və bununla da yüksək keyfiyyətli tam buğda unu əldə edilir.
Tam buğda ununun digər unlardan fərqi nədir?
Digər unlar nişasta və qluten ilə zəngin olduğu halda, tam buğda unu protein və rüşeym ilə zəngindir. Digər unlar çəki artımına səbəb olarkən tam buğda unu çəki nəzarətini təmin edir. Tam buğda unu kəpək və rüşeymi ayrılmadan üyüdüldüyü üçün həzmi yaxşılaşdırır, həm də uzun müddət tox saxlayır. Həmçinin yağ və liflə zəngin olduğu üçün idmançılara tövsiyə olunan əsas unlardandır. Tərkibindəki B1, B3, B9, E və A vitaminləri, Kalium, Selen, Fosfat, Natrium, Kalsium, Sink və Dəmir kimi maddələr uşaqların da fiziki və əqli sağlamlıq üçün olduqca faydalıdır. Tam buğda unu bağırsaqların işləmə funksiyasını artırır, qəbizliyin qarşısını alır və metabolizmi sürətləndirir.
Rəyinizi əlavə edin
E-poçt ünvanınız gizli qalacaq. Tələb olunan sahələr * ilə qeyd olunub
Rəy yazmaq üçün Hesabınıza daxil olmanız lazımdır
Deyəsən hələ heç bir rəy yoxdur :(