Balqabaq kətəsi (Qabağın kətə)
Ərzaqlar:
1 kg ……………………………………….balqabaq
3/4 st..……………………………………..şəkər tozu
50 gr ……………………………………….baş soğan
1/2 st ………………………………………..qoz
1/2 çay qaşığı ……………………………darçın
1 çimdik …………………………………..sarıkök
1 çimdik ……………………………………duz
6 əd. ………………………………………… lavaş
Hazırlanışı:
Balqabaq iri parçalara bölünür, üzərinə şəkər və sürtgəcdən keçirilmiş soğan əlavə olunaraq vam odda yumşalana qədər bişirilir. Yumşaldıqdan sonra püre halına gətirilir və üzərinə üyüdülmüş qoz, darçın, sarıkök və duz əlavə edilərək qarışdırılır, suyu çəkilənə qədər bişirilir. İçlik hazır lavaşların arasına yığılıb tavada və ya tosterdə qızardılır.
İpucu: Balqabaq içliyini xəfif qızarana qədər bişirsəniz, ləzzətini artırmış olarsınız. Bu zaman içliyin qurumamasına diqqət edin.
İpucu: Kətə yağsız tavada və ya tosterdə qızardıldıqdan dərhal sonra hər iki tərəfinə kərə yağı yaxsanız, ləzzətini artırmış olarsınız.
Sizə rahatlıqla hazırlaya biləcəyiniz praktik balqabaq kətəsi resepti təqdim edirik. Resept Qaxdan.az komandasına məxsusdur və bu reseptin özünəməxsusluğu soğanla hazırlanan çayla içəbiləcəyiniz bir kətə olmasındadır. Kətənin özünəxas dadını hiss etməklə yanaşı soğanın dadını qətiyyən hiss etməyəcəksiniz.